Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2022 21:18
Rusiyanın ən zəngin sahibkarları 2022-ci ilin əvvəlindən Ukraynadakı vəziyyətə görə ümumilikdə 93 milyard dollar itiriblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, fevralda ən varlı ruslar birlikdə 46,6 milyard dollar itiriblər. Qərb ölkələrinin sanksiyalarından sonra onların sərvəti daha 47 milyard dollar azalıb.
"Bloomberg"in "Milyarderlər indeksi"nə görə, "Evraz" dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç 9,3 milyard dollar, təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenko 8,48 milyard dollar, "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşov isə 7 milyard dollar itirib.