Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə hər həftə 500 nəfər təcili tibbi yardımın gecikməsi səbəbindən ölür

Bu ölkədə hər həftə 500 nəfər təcili tibbi yardımın gecikməsi səbəbindən ölür

Tarix: 2 Yanvar 2023 15:34

Böyük Britaniyada hər həftə 500-ə qədər insan vaxtında təcili yardım göstərilmədiyi üçün ölür.

Sonxeber.net bildirir ki, Kral Təcili Tibbi Yardım Kollecinin (RCEM) prezidenti, baş tibb işçisi doktor Adrian Boyl The Telegraph-a müsahibəsində bu barədə danışıb.

Mütəxəssis qeyd edib ki, şiddətli qrip mövsümü nəticəsində səhiyyə sisteminin fəaliyyəti daha da çətinləşib və bu, yüzlərlə lüzumsuz ölümə səbəb olub.

Hazırda səhiyyə sisteminin işinə ikiqat koronavirus infeksiyası və qrip epidemiyası mane olur ki, bu da xəstəxana işçilərinə təsir göstərir, bu isə o deməkdir ki, fəlakətli həkim çatışmazlığı var. Boyl əlavə edib ki, indi xəstələrin xəstəxanalara yerləşdirilməsi və müalicəsi ilə bağlı vəziyyət COVID-19 epidemiyası zamanı olduğundan daha pisdir.

İrfan Vəliyev


Etiketlər:  ölkədə hər həftə nəfər təcili tibbi yardımın gecikməsi səbəbindən ölür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ