Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Diz oynağının əzilməsi

Diz oynağının əzilməsi

Tarix: 3 Yanvar 2023 07:33

Ümumi məlumat:
Diz oynağının mexaniki travması nəticəsində yaranan diz oynağının toxumalarının qapalı zədələnməsi ilə, funksiyalarının pozulması ilə müşayiət olunan patoloji prosesə diz oynağının əzilməsi deyilir.

Simptomları:
Diz oynağının zədələnməsi nəticəsində aşağıdakı əlamətlər yaranır:
1) Oynaq nahiyəsində şişkinlik
2) Oynaq daxilinə qansızma
3) Passiv və aktiv hərəkətlər, sakitlik zamanı ağrılar
4) Diz oynağının funksiyalarının pozulması
5) Hemartroz
Ağırlaşmaları:
Aşağıdakı ağırlaşmaları qeyd olunur:
1) Damar-sinir kələfinin travmatik zədələnməsi
2) Paraartikulyar ossifikatların əmələ gəlməsi

Siz nə edə bilərsiniz:

Bu zaman həkim-travmatoloqa müraciət etmək lazımdır.

Həkim nə edə bilər:
Həkim xəstəni, rentgenoqrafiyaya göndərir. Rentgenoqrafiyada müayinə edir, sınıq yoxdursa həkim müvafiq məsləhətlər verir.
Müalicəsi:
1) Bu zaman zədəli oynağa sakitlik yaradılmalıdır, hərəkət məhdudlaşdırılmalıdır.
2) Oynaq nahiyəsinə lokal hipertermiya.
3) Sorulma terapiyasının( lidaza ilə elektroforez) travmadan 2-3 sutka sonra tətbiqi.

Milli.Az


Etiketlər:  Diz oynağının əzilməsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ