Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2023 22:48
Tovuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Əyyublu kəndində qeydə alınıb.
VAZ-2107 markalı avtomobillə digər minik maşınının toqquşması nəticəsində Tovuz rayon sakini, 2003-cü il təvəllüdlü E.Həsənov və daha bir nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Qəzanın başvermə səbəbləri araşdırılır.