Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə rus mədəniyyətindən imtina edir...

Bu ölkə rus mədəniyyətindən imtina edir...

Tarix: 4 Yanvar 2023 07:48

Litvada rus mədəniyyətindən imtina etmək müzakirə edilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki,"LRT forumas" proqramının efirində Litvanın mədəniyyət nümayəndələri Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenkonun müharibə dövründə rus mədəniyyətini ictimai məkanda təbliğ etməkdən və istifadə etməkdən çəkinməyə çağıran müraciətini müzakirə ediblər.

Litvanın mədəniyyət naziri Simonas Kairis qeyd edib ki, Tkaçenko kitabları və ya musiqi əsərlərini məhv etməyi deyil, rus mədəniyyəti ilə bağlı şüurlu pauza etməyi təklif edir.

"O, sadə bir şey istəyir: müharibə zamanı Rusiya Ukrayna mədəniyyətini hədəfə aldığı zaman biz əvvəllər bizim üçün məqbul görünən əsərlərdən imtina etməliyik", - Kairis deyib. 

Milli.Az


Etiketlər:  Bu ölkə rus mədəniyyətindən imtina edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ