Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 00:24
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri futbolçusu Kriştiano Ronaldo haqda danışıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı hücumçunun A seriyasının ən yaxşı bombardiri olmaq istədiyini deyib: "Messi Ronaldo üçün yaxşı stimuldur. Bizi qarşıda derbi gözləyir. Messi klubu üçün 600-cü qolunu vurdu. Ronaldo da öz qol göstəricisini yaxşılaşdırmağa çalışacaq. O, A seriyasının ən yaxşı bombardiri olmaq istəyir".
Qeyd edək ki, Ronaldo bu mövsüm ölkə çempionatında indiyə kimi 20 qol vurub. Hazırda A seriyasında bombardirlər siyahısında ilk pillədə "Sampdoriya"nın hücumusu Fabio Kvalyarelladır (23 qol).