Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən daha ikisinin kimliyi bilinib

Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən daha ikisinin kimliyi bilinib

Tarix: 5 Yanvar 2023 23:56

Paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən daha ikisinin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həmin şəxslərin Nəzərov Kənan və Səfərli Pərvin olduğu müəyyən edilib.

Məlumata görə, Pərvin Səfərli bir müddətdir həmin evdə kirayə qalırmış.

Xatırladaq ki, bundan əvvəl ölənlərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu müəyyən edilib.

Onu da qeyd edək ki, bu gün səhər saatlarında Kamran Allahverdiyev və dostu Kənan Nəzərovun 5 gün əvvəl itkin düşmələri haqqında məlumat verilmişdir.

Kamran Allahverdiyevin xalası Kamranın dostu Kənanla birgə itkin düşdüyünü bildirmişdi.

Milli.Az


Etiketlər:  Bakıda mənzildə meyiti tapılan dörd nəfərdən daha ikisinin kimliyi bilinib


RƏYLƏR