Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2023 10:54
"Şimali Koreya lideri Kim Çen Inın 9 yaşlı qızı onun varisi ola bilər".
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilib ki, onun son ictimai tədbirlərdə kiçik qızı ilə birlikdə iştirak etməsi təsadüfi deyil: "Bu, Kim Çen Inın övladlarından birinin bir gün liderliyi miras alacağını göstərmək cəhdidir. Belə olarsa, Kim ailəsi növbəti dəfə hakimiyyətdə qalacaq".
Məlumata görə, Kim Çen In son bir neçə ayda qızı ilə birlikdə 3 tədbirdə iştirak edib: "Onlar ballistik raket buraxılışlarını izləyib, Şimali Koreyanın silah alimləri ilə fotosessiya edib və raket anbarına ekskursiya keçiriblər. İddialara görə, Kim Çen In ən sevimli uşağı bu kiçik yaşlı qızıdır".
Həmçinin xatırladılıb ki, Kim Çen Inın 39 yaşı var: "O, 2011-ci ilin dekabrında atasının ölümündən sonra hakimiyyətə gəlib".