Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Alabay tanınmış androloqu parçaladı

Alabay tanınmış androloqu parçaladı

Tarix: 7 Yanvar 2023 19:50

Barnaulda 58 yaşlı qadını saxladığı it yeyib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Altay Ərazisi üzrə İstintaq İdarəsinin yaydığı məlumatdaa deyilir.

Bildirilir ki, Barnaul şəhərində yaşayan və tanınmış uroloq-androloq olan Yakovets Yaroslava Valerievna itləri sevirmiş. Məlumata görə, ona elə öz evinin yaxınlığındakı, hər gün yemlədiyi itlər (alabay) hücum edib.

Qadının xəstəxanaya çatdırılanadək təcili yardım maşınında öldüyü qeyd edilir.

İstintaqçılar tərəfindən hadisə yerinə baxış keçirilib və lazımi ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Alabay tanınmış androloqu parçaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ