Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 11:30
Bakı. İlhamə İsabalayeva - Trend:
Yerlərdəki məntəqələr nümunəvi səviyyədədir, amma elə etməliyik ki, bizə seçkilərlə bağlı irad tutulmasın.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, dünyanın heç bir yerində ideal seçki siyahısı tərtib etmək mümkün deyil, bütün ölkələrdə seçki çatışmazlığı olur, amma əsas məsələ odur ki, bu, nəticəyə təsir edən çatışmazlıq olmasın.
M.Pənahov əlavə edib ki, ictimai-siyasi sabitlik seçkilərin keçirilməsi üçün vacib şərtdir: "Azərbaycanda müasir tələblərə cavab verən qanunvericilik bazası yaradılıb. Ölkədə demokratik seçkilərin keçirilməsi üçün şərait var. Ölkədə siyasi iradə olmasa, demokratik seçkilər keçirilə bilməz. Müəyyən dövrlərdə qarşıdurmaya cəhdlər olsa da, ölkə rəhbərliyi bütün gərginlikləri aradan götürüb. Bəziləri Azərbaycandakı seçkiləri bəyənmirlər, amma biz daim müzakirələr aparmaqla görülən işlərin nümunə olduğunu göstəririk".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin