Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2023 18:28
Ukrayna və Rusiya növbəti əsir mübadiləsini gerçəkləşdiriblər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə bu ölkələrin rəsmiləri məlumat yayıb.
Ukrayna Prezident Ofisi və Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, əsir mübadiləsi "50-nin 50-yə prinsipi" ilə baş tutub.
Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, qaytarılan Ukrayna hərbçilərindən 33-ü zabit, 17-si sıravi çavuşdur.