Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qanunda dəyişiklik edildi

Bu qanunda dəyişiklik edildi

Tarix: 9 Yanvar 2023 16:27

Prezident İlham Əliyev "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Qanuna əsasən, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

- Aşağıdakı məzmunda 15.9.1-1-ci maddə əlavə edilsin:

- "15.9.1-1. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci hissəsinin tətbiq edilməsi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);".

- 15.9.4-cü maddədə "məcburi icra orqanına" sözləri "icra məmurlarına" sözləri ilə əvəz edilsin.

***

Dəyişikliklə bağlı dövlət başçısı, həmçinin, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 645-VIQD nömrəli Qanununun tətbiqi və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Fərman imzalayıb.

Fərmanla "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 645-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

Müəyyən edilsin ki:

- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.9.1-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 15.9.1-1-ci maddəsində "orqan (qurum)" dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

- "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

- 2.1-ci bəndə "13.3-1-ci" sözlərindən sonra ", 15.9.1-1-ci" sözləri əlavə edilsin;

- aşağıdakı məzmunda 2.9-2-ci bənd əlavə edilsin:

"2.9-2. həmin Qanunun 15.9.1-1-ci maddəsində "orqan (qurum)" dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;".

- Azərbaycan Respublikasının Nazirlər Kabineti "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 645-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.


Etiketlər:  qanunda dəyişiklik edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ