Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Məni cinsi həvəsdən saldılar" - Lolita

Tarix: 10 Yanvar 2023 01:24

"Mən Rusiya vətəndaşıyam, Ukrayna vətəndaşlığım olmayıb, çünki SSRİ vətəndaşı olmuşam..."

Lolita Ukraynadan üz döndərib, İsraili xatırladıb və "cinsi həvəs"inin itməsindən şikayətlənib...

Bu günlər Ukrayna hakimiyyəti Ukraynada "arzuolunmaz" şəxslərin siyahısını dərc edib. 

Siyahıya 119 nəfər, o cümlədən müğənni Lolita Milyavskaya da salınıb. 

Bununla bağlı Milyavskaya özünün "İnstagram" səhifəsində Ukrayna hakimiyyətinə müraciət dərc edib.

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Nation news" nəşri məlumat yayıb.

Milyavskaya etiraf edib ki, o, özünün "qara siyahı" ya salınması barədə xəbəri sevgi ehtiraslarına qərq olmağa hazırlaşdığı zaman eşidib.

"Mən elə sekslə məşğul olmağa hazırlaşırdım ki, mənim tanışım Ukaynada nələrinsə qadağan edilənlərin siyahısını göndərib. Mən baxdım, özümü də orada tapdım", -vokalçı qadın fikirlərini bölüşüb və yaxın 10 il ərzində Ukraynaya girişi qadağan edildiyindən onda "cinsi həvəsin büsbütün yoxa çıxmasından" gileylənib.

"Onlar nəyə nail oldular ki? Sadəcə, məni cinsi həvəsdən saldılar", - müğənni istehza ilə deyib.

Daha sonra Milyavskaya bu faktı təsdiq edib ki, o, Rusiya vətəndaşıdır, amma Ukrayna vətəndaşı olduğunu təkzib edib. 

"Heç vaxt belə vətəndaşlığım olmayıb, çünki mən SSRİ vətəndaşı olmuşam".
Müğənni həmçinin danışıb ki, onun uzun illər İsrail pasportu olub.

"İsrail vətəndaşlığımı təsdiq edirəm. Məhz Ukrayna atamı 1974-cü ildə ölkədən İsrailə qovub, 1978-ci ildə o, vəfat edib. Mənə atamın dəfn edildiyi yerə görə ikinci vətəndaşlıq verlib", - o, deyib.

Əslən Zakarpatyedən olan Lolita bəyan edib ki, onun qadağalar və Ukraynada ona verilən mükafatları geri qaytarmalı olması səbəbindən "cinsi həvəsi" yoxa çıxıb.
O, Ukrayna dilində xahiş edib ki, ona "mükafatları özündə saxlamağa imkan verilsin".
Sonda təhqir olunmuş müğənni ukraynalılardan "boş-boş işlərlə məşğul olmamağı" xahiş edib.

Lolita Milyavskaya (qızlıq soyadı Qorelik) 1963-cü ildə Ukrayna SSR-nin Zakarpatyevilayətinin Mukaçevo şəhərində anadan olub.

Lolitanın atası Mark Qorelik yaradıcı insan, aktyor və estrada rejissoru olub, konfransye və proqram tərtibatçısı işləyib.

Anası Alla Nikiforova (milliyyətcə rus olub) Lvovda musiqi məktəbini bitirib və "Caz-Bend Mari" qrupunda müğənni olub. 
Lolitanın uşaqlığı və gəncliyi Kiyevdə valideynləri ilə, Lvovda isə nənəsinin yanında keçib.

1985-ci ildə Lolita birinci əri ilə Odessaya köçüb və orada Odessa Filarmoniyasına işə düzəlib.

Orada aktyor və produser Aleksandr Tsekalo ilə tanış olub. Onlar birlikdə "Şarj" komik qrupunu, daha sonra "Akademiya"kabare-duet yaradıblar.

Tezliklə Lolita ərindən boşanıb, Odessa Filarmoniyasından işdən çıxıb və Tsekalo ilə Moskvaya köçüb.

Milli.Az


Etiketlər:  Məni cinsi həvəsdən saldılar Lolita


RƏYLƏR