Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənni Dubayda "Jiquli" ALDI - FOTO

Azərbaycanlı müğənni Dubayda

Tarix: 10 Yanvar 2023 13:15

Xəbər verdiyimiz kimi, Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov qış tətilini Dubayda keçirir.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi orada özünə "VAZ-2107" "Jiquli" avtomobilini alıb.

Bu haqda Nəvai sosial şəbəkə hesabında məlumat verib. Bəkirov aldığı gümüşü rəngli nəqliyyat vasitəsinin fotosunu paylaşaraq bu sözləri yazıb:

"Təbrik edin! Dubayda özümə ilk avtomobil aldım. Hesab edirəm ki, bu nəqliyyat vasitəsi dünyanın digər avtomobilləri arasında əsl əyləncədir. Xarici ölkədə xarici markalı avtomobil almaq asan məsələdir.  Lakin vətənin bir parçasını digər istiqamətə gətirməyi isə hər kəs bacarmaz".

Qeyd edək ki, bir müddət əvvəl N.Bəkirov  avtomobil kolleksiyasının 5,6 milyon manat olduğunu açıqlamışdı.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni Dubayda Jiquli ALDI FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ