Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 15:02
Bakıda avtobus vurması nəticəsində vəfat edən məktəblinin adı və yaşı dəqiqləşib.
Sonxeber.net Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, bu, Göyüşov İsa Vüqar oğludur.
O, paytaxtdakı 86 nömrəli tam orta məktəbin X sinfində təhsil alırdı.
Qeyd edək ki, hadisə ötən gün saat 16:30 radələrində Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib. 44 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı xətt avtobusunun İ. Göyüşovu vurması nəticəsində məktəbli hadisə yerində dünyasını dəyişib.