Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Dövlət qulluğu haqqında” Qanuna iki yeni maddə əlavə edildi

“Dövlət qulluğu haqqında” Qanuna iki yeni maddə əlavə edildi

Tarix: 12 Yanvar 2023 19:30

Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 11.1.5.2-1-ci və 11.1.6.1-1-ci maddələr əlavə edilir:

"11.1.5.2-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;";

"11.1.6.1-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirlərinin, köməkçilərinin vəzifələri;".

Milli.Az


Etiketlər:  Dövlət qulluğu haqqında Qanuna iki yeni maddə əlavə edildi


RƏYLƏR