Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2023 18:30
Azərbaycanın dövlət qurumları və özəl müəssisələrində müxtəlif vəzifə adları mövcuddur. Bunların arasında uzunluğu ilə diqqət çəkən vəzifə adı da var. Bu vəzifə Fövqəladə Hallar Naziirliyinin strukturuna daxildir.
Sonxeber.net Xezerxeber.az-a istinadən xəbər verir ki, uzun adlı olması ilə diqqəti çəkən qurum və vəzifənin adını "Xəbər Ertəsi"nin efirində aparıcı Aytən Səfərova səsləndirib.
O, efirə dəvət edilən şəxsi təqdim edərkən qonağın işlədiyi qurumu və vəzifəsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu ilə müqayisə edib: "Mən elə bilirdim ki, bu qurumun adı indiyə kimi çəkdiyimiz ən uzun addır. Amma bu rekordu qıran ad da var" deyərək qonağı bir daha təqdim edib.
"Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizliyi Texnikası Elmi-Tədqiqat İnstitutunun Yanğın-partlayış, qaz və təzyiq altında işləyən avadanlıqların təhlükəsizliyi şöbəsinin aparıcı elmi işçisi Zəlimxan Əliyev" , - deyə aparıcı qonağı təqdim edib.
Beləliklə, aparıcı bir vəzifənin adını tam səsləndirmək üçün 30-dan artıq söz ifadə edir.
Həmin təqdimatla bağlı fraqmenti təqdim edirik: