Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vezikulit

Vezikulit

Tarix: 14 Yanvar 2023 08:33

Vezikulit toxumdaşıyıcı kanallarının iltihabi xəstəliyidir.Xəstəliyin əmələ gəlməsinə müxtəlif infeksiyalar və iltihabi xəstəliklərin ağırlaşmaları səbəb olur.Əksər hallarda kişi cinsiyyət orqanlarının iltihabi xəstəlikləri vezikulitin əmələ gəlməsinə səbəb olur.Müxtəlif faktorlar da xəstəliyin inkişafına yardım edir.Bu faktorlara aiddir.
- orqanizmin soyuqlaması
- immun sistemin zəifləməsi
- oturaq həyat tərzi
- yüksək cinsi fəallıq
- qeyri-sağlam qidalanma
- qəbizlik
- kiçik çanaq orqanlarının travmaıları
Vezikulitin kəskin və xroniki forması ayırd edilir.Toxumdaşıyıcı kanalların kəskin iltihabı qızdırmanın qəfil yüksəlməsi,ümumi zəiflik,kiçik çanaqda ağrılarla xarakterizə olunur.Bu ağrılar ən çox sidiyə çıxma zamanı və cinsi əlaqə vaxtı boşaldıqda baş verir.Gecə zamanı ereksiyanın baş verməsi və qanlı spermanın ifrazı xəstəliyin əsas əlamətlərindən hesab edilir.Vezikulit əksər hallarda prostatitdən əziyyət çəkən kişilərdə rast gəlinir.
Xroniki vezikulit isə kəskin vezikulitdən əlamətləri zəif olması ilə fərqlənir.
Xəstəliyə diaqnozun qoyulmasında rektal müayinənin,USM-in,spermanın əkilməsinin nəticələri əsas götürülür.
Müalicə zamanı antibiotiklərdən və orqanizmi möhkəmləndirən vasitələrdən istifadə edilir.Uzun müddət müalicə olunmadıqda iltihablaşmış nahiyədə irin ocaqları əmələ gəliə bilir.Bu zaman xəstəliyin müalicəsi cərrahi yolla aparılır.


Etiketlər:  Vezikulit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ