Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüseynin aktrisa xanımı ''Səs Azərbaycan'' yarışmasına qatıldı - VİDEO

Hüseynin aktrisa xanımı ''Səs Azərbaycan'' yarışmasına qatıldı - VİDEO

Tarix: 14 Yanvar 2023 14:15

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun xanımı, Akademik Milli Dram Teatrının aktrisası Aysel İbrahimova "Səs Azərbaycan: Doğma nəğmələr" müsabiqəsinə qatılıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sözügedən yarışmanın bu günki buraxılışında Aysel "Gözümdə Leylisən" adlı mahnını səsləndirib.

Avazı və güclü vokalı ilə hər üç münsifi özünə sarı döndürməyi bacaran İbrahimova Samirə Əliyevanın komandasında olmağı seçib.

Qeyd edək ki, Aysel və Hüseyn cütlüyünün bu evlilikdən Muhammed adlı bir oğlan övladı var.

Milli.Az


Etiketlər:  Hüseynin aktrisa xanımı Səs Azərbaycan yarışmasına qatıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ