Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 20:52
İngiltərə Futbol Assosiasiyası "Liverpul"un futbolçusu Harvi Elliottu 14 günlük cəzalandırıb.
Qol.az-ın "BBC"yə istinadən yaydığı xəbərə görə, 16 yaşlı hücumçu "Snapchat"da "Tottenhem"in oyunçusu Harri Keyni təhqir etdiyi üçün bu cəzaya məruz qalıb. Bundan başqa, o, 350 min funt sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, Elliott iyulda "Fulhem"dən "Liverpul"a keçib.