Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri ölüb - YENİLƏNİB

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri ölüb - YENİLƏNİB

Tarix: 15 Yanvar 2023 12:12

11:52

Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Sonxeber.net xəbər verir ki, bu barədə News18 telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, təyyarədə dörd ekipaj üzvü və 10 əcnəbi vətəndaş da daxil olmaqla 72 nəfər olub.

---------
11:14

Bazar günü Nepalın qərbində Poxarada təyyarənin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər həlak olub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Reuters-ə ordu sözçüsü Krişna Bhandari deyib.

O deyib: "Biz daha çox cəsədlərin çıxarılmasını gözləyirik. Təyyarə hissələrə parçalanıb".

Nepalın Yeti Hava Yolları tərəfindən idarə olunan iki mühərrikli ATR 72 təyyarəsində iki körpə uşaq, dörd ekipaj üzvü və 10 əcnəbi vətəndaş da daxil olmaqla 72 nəfər olub - Bunları isə aviaşirkətin sözçüsü Sudarshan Bartaula bildirib.


Etiketlər:  Nepalda qəzaya uğrayan təyyarənin bütün sərnişinləri ekipaj üzvləri ölüb YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ