Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzulidə silah-sursat aşkarlandı - VİDEO

Füzulidə silah-sursat aşkarlandı - VİDEO

Tarix: 16 Yanvar 2023 10:26

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib. Tapılan 45 avtomat, 11 pulemyot, 9 qumbaraatan, 2 tank əleyhinə idarə olunan raket sistemi, 2 snayper tüfəngi, 4 tapança, 1 AQS və lent qutuları, 3 əl qumbarası, 15 partladıcı, 2 gecə görmə cihazı, 1500 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Füzulidə silah sursat aşkarlandı VİDEO


RƏYLƏR