Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manaf Ağayev ''Bu qızın'' mahnısı haqda: ''Mustafa Ceceli mənə dedi ki...''

Manaf Ağayev ''Bu qızın'' mahnısı haqda: ''Mustafa Ceceli mənə dedi ki...''

Tarix: 17 Yanvar 2023 07:36

Müğənni Manaf Ağayev onun "Bu qızın" mahnısını türkiyəli müğənni Mustafa Cecelinin ifa etməsindən danışıb.

Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Manaf Ağayev deyib:

"Mustafa Ceceli "Bu qızın" mahnısını yeddi-səkkiz il əvvəl ifa edib. Məndən də icazə alıb. Amma mahnı indi gündəmə gəlib. İlk dəfə Mustafa Ceceli ilə Şəmkirdə toyda idik, bu mahnıdan xoşu gəldi. Mənə dedi ki, olar bu mahnını ifa edim? Cavab verdim ki, mahnını ifa etməyin mənim üçün şərəf olar.

Bir müddət keçəndən sonra gördüm ki, ifa edib. İfası çox xoşuma gəldi, mahnını özünəməxsus oxuyub. "Bu qızın" mahnısı mənim ifamda başqadır, çünki bu, mənim mahnımdır.

Mahnını ifa edəndən sonra da Mustafa Ceceli ilə görüşmüşük".


Etiketlər:  Manaf Ağayev qızın mahnısı haqda Mustafa Ceceli mənə dedi


RƏYLƏR