Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xəstə uşağımıza aliment ödəmir'' - Boşandığını etiraf etdi

''Xəstə uşağımıza aliment ödəmir'' - Boşandığını etiraf etdi

Tarix: 18 Yanvar 2023 18:25

"Kirayələr kraliçasıyam. 19 ildir... Həyat yoldaşımla 8 ildir ki, ayrılmışam. Sadəcə, bu haqda danışmırdım. Uşaqlara da özüm baxıram. Buna görə həyat yoldaşımı qoyub getməzdim. Amma o, məni qoyub getdi".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət Əhmədova "Bizimləsən" proqramında deyib. Aktrisa həyat yoldaşından ayrıldığını, keçmiş ərinin ona və övladlarına baxmadığını etiraf edib:

"7-8 ildir ayrılmışıq. Uşaqlara mən baxıram. Aliment də ödəmir. Bir-iki aydır ki, bir az aliment ödəyib. Yığılanlar da qalıb. 2017-ci ildən bu yana o aliment ödəmir. Bu yaxınlarda onu yenidən məhkəməyə vermişəm. Həyat yoldaşımdan uşaqlarımıza baxmadığına görə ayrılmışam. Bir övladımın da səhhətində problemi var. Tək qazancım teatrdan və çəkilişlərdəndir. Heç bir aya min manat qazanmıram. 400 manat kirayə pulu ödəyirəm. Buna da şükür, amma çox çətindir.

Həyat yoldaşım gedib maaşını aşağa saldırıb ki, aliment ödəməsin. İki oğlan övladım var. Birinin 18 yaşı var, birinin isə 15 yaşı var. 15 yaşlı oğlum birinci tip şəkər xəstəsidir".


Etiketlər:  Xəstə uşağımıza aliment ödəmir Boşandığını etiraf etdi


RƏYLƏR