Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzi apteklər ''7/24'' iş rejiminə riayət etmirlər - VİDEO

Bəzi apteklər ''7/24'' iş rejiminə riayət etmirlər - VİDEO

Tarix: 20 Yanvar 2023 17:40

Bakıda fəaliyyət göstərən bir çox apteklər tanıtma lövhəsinə yazdığqları iş vaxtı rejiminə riayət etmirlər.

Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, apteklərin üzərinə həftənin 7 günü, günün 24 saatı xidmət göstərdikəri yazılıb. Amma bu iş rejinminə əməl etmirlər.

Bakının Nizami, Nərimanov rayonlarə ərazisində çəkilişlərimiz zamanı bunun əyani şəkildə müşahidə etdik.

Gecəboyu apardığımız çəkilişləri səhər də davam etdirdik. Çəkdiyimiz apteklərə bir-bir baş çəkib, niyə "24 saat işləyir" elanına əməl etmədiklərini soruşduq. Onlar isə müxtəlif bəhanələrlə mövzudan yayınmağa çalışdılar.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, aptek tanıtma lövhəsinə yazdığı iş vaxtı rejiminə riayət etməyə məcburdur: "Əgər vətəndaş bu qaydanın pozulması halı ilə qarşılaşarsa, Analitik Ekspertiza Mərkəzinin 012 596 07 12 nömrəli qaynar xəttinə və www.pharma.az saytına, həmçinin "Bir pəncərə xidməti"nə yaxınlaşaraq bununla bağlı müraciət edə bilər. Bu kimi hallar baş verdikdə Mərkəzin əməkdaşları tərəfindən müvafiq tədbirlər görüləcək".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Bəzi apteklər rejiminə riayət etmirlər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ