Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağdan Ermənistana və geriyə mülki şəxslər aparılıb

Qarabağdan Ermənistana və geriyə mülki şəxslər aparılıb

Tarix: 20 Yanvar 2023 19:56

20 yanvar 2023-cü il, saat 17:11 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə 4 nəfər Qarabağdan Ermənistana, 1 nəfər isə Ermənistandan Qarabağa köçürülüb.

Sonxeber.net bildirir ki, musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin kommunikasiya və profilaktika proqramlarının rəhbəri Zara Amatuni bildirib ki, ailəsinə qovuşmaq üçün bu gün 4 nəfər Ermənistana, biri isə əks istiqamətdə aparılıb: "Bəzi dərmanlar da BQXK-nın maşınları ilə Qarabağa çatdırılıb".

Erməni tərəfi bütün bunları açıqladıqdan sonra absurd şəkildə iddia edib ki, Azərbaycan Qarabağı "blokadada saxlayır".


Etiketlər:  Qarabağdan Ermənistana geriyə mülki şəxslər aparılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ