Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2023 23:46
Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, iclasda Ukraynada hərbi əməliyyatın gedişatı, eləcə də sosial-iqtisadi məsələlər müzakirə olunub.
"Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı fikir mübadiləsi aparılıb. Müdafiə naziri Sergey Şoyqu əməliyyat qərargahına baş çəkməsi barədə məlumat verib", - Kremlin bəyanatında bildirilib.
Bundan əlavə, Vladimir Putin Təhlükəsizlik Şurasının üzvlərinə son beynəlxalq danışıqlar barədə məlumat verib.