Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2023 13:32
Rusiyada binaların damlarında hava hücumundan müdafiə sistemlərinin quraşdırılması "informasiya əməliyyatı"nın tərkib hissəsidir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Moskvada binaların damlarında bu qəbildən sistemlərinin yerləşdirilməsində məqsəd ölkə daxilində Ukrayna müharibəsinin uzun sürəcəyi ilə bağlı fikir formalaşdırmaqdır. Bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında bildirilib.
Analitiklərin fikrincə, Kreml Rusiyanın ekzistensial müharibə apardığına dair ictimai rəyi formalaşdırmaq cəhdlərini gücləndirir. ISW-dan diqqətə çatdırılıb ki, binaların damlarında "Pansir-S1" hava hücumundan müdafiə sistemlərinin görüntülərinin yayılmasında KİV və bloqerlər iştirak ediblər.
"Bəzi rusiyalı hərbi müxbirlər bu görüntülərə məmnunluqla reaksiya veriblər ki, moskvalılar, nəhayət, Rusiyanın Ukraynada "ağır müharibə"də iştirak etdiyini öyrənəcəklər", - deyə məlumatda qeyd olunub.
ISW-nun fikrincə, Rusiya hakimiyyəti iri şəhərlərdə hərbi texnika nümayiş etdirməklə Ukraynadakı müharibəni Rusiya cəmiyyəti üçün "daha təhlükəli" kimi qələmə verməyə çalışır.