Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2023 22:06
Burkina-Faso hökumətinin yanvarın 22-də qəbul etdiyi qərara görə, Fransa silahlı qüvvələri ölkə ərazisini bir ay ərzində tərk etməyə borcludur.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Burkina-Faso ərazisində Fransa hərbi kontingentinin mövcudluğu ilə bağlı razılaşma hökumət tərəfindən pislənilib.
"Hökumət 2018-ci ildən Fransa silahlı qüvvələrinin mövcudluğunun tənzimləndiyi sazişi denonsasiya edib. Sazişin şərtlərinə əsasən, bu, Fransa silahlı qüvvələrinə Burkina-Faso ərazisini tərk etmək üçün bir ay verir", - deyə hökumətin bəyanatında deyilir.
Qeyd edək ki, bir neçə aydır ki, ölkədə Fransa qoşunlarının çıxarılması tələbi ilə müntəzəm olaraq nümayişlər keçirilir.