Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gecə aeroport yolu bağlandı - SƏBƏB

Gecə aeroport yolu bağlandı - SƏBƏB

Tarix: 14 Oktyabr 2019 09:51

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ötən gecə aeroport yolu üzü şəhər istiqamətində bağlanıb.

Trend-in məlumatına görə, buna səbəb ağır yol-nəqliyyat hadisəsi olub. Saat 03 radələrində ağırtonnajlı yük avtomobili Mərdəkan istiqaməti ilə hərəkətdə olarkən idarəetməni itirərək əks yola çıxıb.

Aşaraq yolu bağlayan “Shacman” markalı yük avtomobili yol infrastrukturuna da ziyan vurub. Hadisə yerinə cəlb olunan yol patrul xidmətinin əməkdaşları mərkəzə gələn avtomobilləri Zığ istiqamətinə yönəldiblər.


Etiketlər:  Gecə aeroport yolu bağlandı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ