Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Təmiz qoluna görə Azərbaycandan üzr istəməli deyilik" - Macar futbolçu

Tarix: 14 Oktyabr 2019 10:36

"Xal itirməkdən və final mərhələsinə vəsiqə qazana bilməməkdən qorxurdum. Sevinirəm ki, bu, baş vermədi".

Qol.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin futbolçusu İştvan Kovaç Avro-2020-nin seçmə mərhələsində evdə millimizə qalib gəldikləri (1:0) oyundan sonra deyib.

O, yerli mətbuata açıqlamasında yığmamızın üzvü Bəhlul Mustafazadənin sayılmayan qolundan da danışıb və bunun hakim səhvi olduğunu bildirib: "Hərçənd, eşitdim ki, rəqib təmiz qol vurub. Amma bu, bizim problemimiz deyil. Buna görə biz üzr istəməli deyilik. Bir neçə dəfə qol imkanım olsa da istifadə edə bilmədim. Amma yaxşı komandalar elə 1:0 hesabı ilə qalib gəlməyi bacarır”.
 


Etiketlər:  Təmiz qoluna görə Azərbaycandan üzr istəməli deyilik Macar futbolçu


RƏYLƏR