Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə və bağırsaq qripi nədir?

Mədə və bağırsaq qripi nədir?

Tarix: 28 Yanvar 2023 08:21

Qış fəslində yayqın şəkildə müşahidə edilən xəstəliklərdən biri mədə və bağırsaq qripidir. Bu xəstəlik hətta hava yolu ilə də yoluxa bilər. Xüsusilə də uşaqlarda bu hal çox təhlükəlidir.

Bəs mədə və bağırsaq qripinin əlamətləri nədir?

Xəstəlik əlamətləri 24-48 saat ərzində özünü biruzə verir.

İlk əlamətləri mədə bulantısı, qusma və ishaldır. Daha sonra qızdırma, halsızlıq yaranır. Bu vəziyyətdə dərhal həkimə müraciət vacibdir.

Görülməli olan tədbirlər:

Qış ayları mədə bağırsaq qripinin yayıldığı aylardır. Qəbul edilən qidaların yaxşı yuyulması vacibdir. Təmizliyə çox diqqətlə yanaşılmalıdır.

Xüsusilə də uşaqlara əl yuma vərdişini aşılamalısınız.

Mədə və bağırsaq qripində uzunmüddətli qusma, yaranan maye itkisi, orqanların funksiyalarının durmasına belə səbəb ola bilər. Bu səbəbdən uşağınızda anidən yaranan qarın ağrısı, qaytarma və ishal varsa, itirilən maye itkisini bərpa etmək vacibdir. Belə vəziyyətlərdə körpələri tez-tez əmizdirmək vacibdir. Həmçinin bol maye verilməlidir. Mədə və bağırsaq qripinin ən vacib və təhlükəli qismi su itkisidir.


Etiketlər:  Mədə bağırsaq qripi nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ