Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2023 19:00
"Moskvada qaldığım zamanda müxtəlif kiçik korparativlərdə çıxış edirdim. Amma toylarda iştirak etmirdim. Moskvaya sırf orada işləmək üçün deyil, səhhətimdə yaranan problemlər səbəbi ilə getmişdim".
Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.
Sənətçi səhhəti ilə bağlı uzun müddət Moskvada müalicələr aldığını söyləyib:
"Pandemiyada Rusiyada, Moskvada idim. Bir müddət sonra Bakıya gəldim və daha sonra yenidən ora qayıtdım. Orada səhhətimdə ciddi problemlər yarandı. Mədə və bağırsaqlarımdan müalicələr aldım. Məsləhət gördülər ki, Moskvada müalicə alım. Orada əməliyyat olunmalı idim. Aldığım müalicələr yaxşı təsir göstərdiyi üçün əməliyyatımı ertələmişəm. Amma yaxın aylarda əməliyyat olunacağam".