Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir?

Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir?

Tarix: 28 Yanvar 2023 19:06

Qrip epidemiyaları zamanı insanların qripə yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Vaxigrip Tetra vaksini ilə immunlaşma zamanı 80-85% insanlarda qrip virusuna qarşı orqanizmin müdafiə gücünün yüksəldilməsi baş verir. Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra ən azı 1 il ərzində orqanizmdə qalır və orqanizmi qoruyur.

TƏBİB tərəfindən dövlət poliklinikalarında edilən qripə qarşı alternativ vaksin pulsuz əhaliyə tətbiq olunsa da, yeni Vaxigrip Tetra qiyməti özəl klinikada 50 AZN təşkil edir.

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva influenza virusuna qarşı ağır qriplə mübarizədən danışıb.

"Qrip sonrası sinusit, otit, pnevmoniya kimi ciddi bakterial ağırlaşmalar da çox müşahidə edilir. Yaşlılar, şəkərli diabet, qaraciyər, böyrək çatışmazlığı olan, orqan transplantasiyası edilən xəstələr, ciddi immunsupresif müalicə alanlar qrip infeksiyasının ağırlaşması üçün risk qrupundadırlar. Mərkəzi Gömrük Hospitalında mövsümi qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan Vaxigrip Tetra qripdən və onun ağırlaşmalarından qorunmağın ən effektiv vasitəsi 4-lü qrip əleyhinə peyvənddir.

Bu peyvənd qrip mövsümü başlamadan öncə, payızın əvvəllərində vurulmalıdır. Lakin insan qrip tutmamışsa və risk qrupundadırsa qrip mövsümünün sonuna qədər Vaxigrip Tetra peyvəndi ilə vaksinasiya oluna bilər. İldə bir dəfə Vaxigrip Tetra peyvəndi təkrar vurulmalıdır. Vaxigrip Tetranın hər il təkrarlanmasının 2 səbəbi vardır. Birinci səbəb peyvəndə bağlı immunitet zaman keçdikcə zəifləyir. İkinci səbəb isə qripə səbəb olan influenza virusu çox tez-tez mutasiyaya səbəb olur. Bu səbəbdən hər il yeni Vaxigrip Tetra əvvəlki mövsümdə görülən və epidemiyaya səbəb olan alt qruplar nəzərə alınaraq hazırlanır.

Vaxigrip Tetra peyvəndi 6 aydan kiçik uşaqlar, yumurta allergiyası olanlar, eləcə də daha öncə qrip peyvəndinə qarşı allergik reaksiyası olanlar üçün əks-göstərişdir. Həmçinin yüksək qızdırmalı xəstəlik zamanı bu peyvənd ilə vaksinasiya etmək məsləhət görülmür".

Milli.Az


Etiketlər:  Yeni yayılan qripə qarşı peyvəndin qiyməti necəyədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ