Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürəyi sürətlə döyünənlər qaraciyərini yoxlatsın - Hepatoloq

Ürəyi sürətlə döyünənlər qaraciyərini yoxlatsın - Hepatoloq

Tarix: 28 Yanvar 2023 22:06

Bir çox insanlar huşsuzluq, beynin dumanlanması, yuxululuq, eləcə də ürək ritminin pozulması əlamətləri hiss edir.

Bu o deməkdir ki,qaraciyər yüklənib, var gücü ilə işləməyə çalışır.

"Bakupost" xəbər verir ki, qaraciyərin alkoqolsuz piylənməsi zamanı ilkin mərhələdə o ciddi əlamət vermir.
Hepatoloq Alla Yujnova bildirib ki, qaraciyərin piyləndiyini, hətta artıq sirroza keçdiyini göstərən əlamətlərdən biri də
taxikardiya - ürəyin normadan yüksək döyünməsidir. Bu zaman nəbz 100-ü keçir.

İnsanlar bu əlamət olduqda ürəyini yoxladır, çox zaman orda ciddi problem görünmür.

Ümumiyyətlə, çox problemlərdə birinci qaraciyər yoxlanmalıdır.

Qaraciyər piylənməsinin digər əlamətləri:

- Dəridə qaşınma
- Göz bəbəyi saralması
- Ağarmış dırnaqlar
- Barmarların ucları enlənir
- Dabanlar şişir

- Sidik tündləşir
- Yaddaşda problem
- Yeriyəndə sanki yıxılırmış hissi
- Hörümçək toruna bənzər qırmızı kapilyar şəbəkəsi

Əgər bu simptomlardan bir neçəsi varsa, mütləq qaraciyəri dərindən yoxladın".


Etiketlər:  Ürəyi sürətlə döyünənlər qaraciyərini yoxlatsın Hepatoloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ