Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Budapeştdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

Budapeştdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

Tarix: 30 Yanvar 2023 12:30

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Macarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstan Prezidenti xanım Katalin Novak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Macarıstanın Dövlət himnləri səsləndi. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Katalin Novaka, Macarıstanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edildi.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Fəxri qarovul dəstəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Macarıstan Prezidenti Katalin Novakın qarşısından keçdi.

Milli.Az


Etiketlər:  Budapeştdə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ