Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Yanvar 2023 14:30
İranın şimal-qərbində baş vermiş zəlzələ Naxçıvanda da hiss olunub.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, bunu Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, yeraltı təkanlar Naxçıvanda 5 bala qədər hiss olunub.
Yeraltı təkanlar təxminən 7 saniyə davam etsə də, Muxtar Respublikada heç bir dağıntı və tələfat olmayıb.
Qurban Yetirmişli əlavə edib ki, İranda baş vermiş zəlzələ ocağında təkrar o gücdə təkanın olma ehtimalı yoxdur.
Mərkəzin baş direktoru vurğulayıb ki, İrandan baş vermiş zəlzələnin Azərbaycan üçün heç təhlükəli deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: