Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsveçdən etiraf: Türkiyə ilə münasibətlə soyuyub

İsveçdən etiraf: Türkiyə ilə münasibətlə soyuyub

Tarix: 1 Fevral 2023 08:04

İsveçin NATO-ya daxil olması ilə bağlı məsələ Türkiyə ilə münasibətləri korlayıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində deyib.

"İndi iki ölkə arasındakı münasibətlər soyuqdur. Bu da təbiidir. Amma mənə elə gəlir ki, bütün diqqətləri irəliyə yönəltmək lazımdır", - deyə XİN başçısı bidlrib.

Billström Türkiyə ilə münasibətlərin pisləşməsinin İsveçin NATO-ya üzvlüyündə əngəl olmadığını deyib.

Onun sözlərinə görə, NATO-ya qoşulma prosesində yol İsveçin razılaşmaların bir hissəsini yerinə yetirməsidir ki, bunun da bir hissəsi icra olunub.


Etiketlər:  İsveçdən etiraf Türkiyə ilə münasibətlə soyuyub


RƏYLƏR