Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəhşətli qəzada ölənlərin adları

Dəhşətli qəzada ölənlərin  adları

Tarix: 2 Fevral 2023 22:24

Yevlax-Ağdam-Laçın yolunun 38 km-də baş verən dəhşətli yol qəzasında ölənlərin adları açıqlanıb.

Bunlar 1988-ci il təvəllüdlü Quliyev Ceyhun Arif oğlu, 1995-ci il təvəllüdlü Baxşəliyev İlkin Məhərrəm oğlu, 1972-ci il təvəllüdlü Kərəmova Xalidə İsa qızı, 1968-ci il təvəllüdlü Baxşəliyev Məhərrəm Nüsrət oğlu və 1988-ci il təvəllüdlü Baxşaliyeva Məfdunə Məhərrəm qızıdır.

TƏBİB-dən Gundem.az-a yaralıların durumu ilə bağlı da məlumat verilib.

Qeyd olunub ki, yaralanan 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həkimlərin səyinə baxmayaraq, onlardan vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib.

Hazırda bir nəfərin müalicəsinə davam edilir. Onun əziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə "Niva" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Milli.Az


Etiketlər:  Dəhşətli qəzada ölənlərin adları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ