Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli məşhurlardan Azərbaycana təşəkkür - FOTO

Türkiyəli məşhurlardan Azərbaycana təşəkkür - FOTO

Tarix: 7 Fevral 2023 18:55

Xəbər veridyimiz kimi, Türkiyədə güclü zəlzələ səbəbindən dağıntılar baş verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  ölkəyə yardım heyəti göndərənlərdən biri də Azərbaycan olub. Türkiyəli məşhurlar bununla bağlı paylaşımlar edərək öz təşəkkürlərini bildiriblər.

Onlardan biri müğənni Demet Akalın olub. O, Azərbaycandan olan heyətin Türkiyə hava limanında çəkilən fotosunu paylaşaraq təşəkkürünü bildirib.

Türkiyəli məşhur müğənni Gülbən Ərgən də yardıma gələn ölkələrə, başda Azərbaycan olmaqla təşkkür edib.

Bir digər ad isə son günlər Azərbaycanla bağlı paylaşımları ilə seçilən ifaçı Doğan Cem olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) heyəti Türkiyəyə yardıma göndərilib. Bundan başqa, yardımlardan ibarət növbəti təyyarə isə bu gün Türkiyəyə yola düşüb. Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.

Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi brifinqdə zəlzələ nəticəsində 3549 nəfərin həlak olduğunu, 22 168 nəfərin isə yaralandığını açıqlayıb.

Milli.Az


Etiketlər:  Türkiyəli məşhurlardan Azərbaycana təşəkkür FOTO


RƏYLƏR