Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oyunçularımın alnından öpürəm" - Şenol Güneş

Tarix: 15 Oktyabr 2019 10:16

"Allahıma şükür edirəm və bütün futbolçuları təbrik edirəm.Bizdən güclü rəqibə qarşı oynadıq. Fransa daha yaxşı oynadı, bir çox qol epizodu yaratdı. Ehtiyatlı oynamaq məcburiyyətində idik. Futbolçularım yaxşı oyun nümayiş etdirdilər və layiq olduqları 1 xalı qazandılar. Çox çətin matç idi. Təkcə stadionda yox, dünyanın hər yerindən türk azarkeşlərin bizdən gözləntilərini bilirik. Onlara dəstəklərinə görə təşəkkür edirəm. Üzərimizdə ağır məsuliyyət var.Onlara ümid verdik və həmin ümidi xoşbəxtliyə çevirmək istəyirik. Oyunçularımın alnından öpürəm. Qrupu lider kimi bitirə bilərik, amma hələ bu, dəqiqləşməyib. 1 ay sonrakı matça hazırlaşmalıyıq. Qaranlıqdan aydınlığa doğru gedirik".

Qol.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avro-2020-nin seçmə mərhələsində səfərdə Fransa ilə heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.

"Fransa kimi güclü bir komanda ilə 2 dəfə oynayıb 4 xal qazanmaq və lider olmaq bizi sevindirdi. Fransa ilə görüşə final demişdik, amma əsl final İslandiya ilə qarşılaşma olacaq. Onlarla matçda ən azı bərabərə qalmalıyıq, amma qələbə qazansaq, liderliyimiz davam edəcək" - deyə o bildirib.

 


Etiketlər:  Oyunçularımın alnından öpürəm Şenol Güneş


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR


OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ