Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2023 07:26
İran Rusiyaya tədarük etdiyi zərbə dronlarını modifikasiya edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallıqda aparılmış təhqiqatların nəticəsinə dair hesabatda bildirilib.
Qeyd olunub ki, 2022-ci il oktyabrın 22-də Ukraynanın Odessa vilayətində İran istehsalı Şahed-131 dronunun partlamamış döyüş başlığı aşkarlanıb. Böyük Britaniyada fəaliyyət göstərən Münaqişə Silahlanması Araşdırmaları (CAR) təşkilatı sözügedən başlığı araşdırıb. Təhqiqatlar dronların daşıdığı döyüş başlığının daha böyük zərbə qabiliyyəti olduğunu, bu səbəbdən Rusiyanın Ukraynanın infrastruktur obyektlərinə zərbələrinin də effektiv alındığını üzə çıxarıb.
Analitiklər təxminən 60 santimetr uzunluğunda olan döyüş başlığının tələsik şəkildə onlarla kiçik metal qəlpə təbəqəsi ilə modifikasiya edildiyini bildiriblər. Qəlpələr partlayış zamanı geniş radiusda yayılaraq zərbənin effektivliyini artırır.
Döyüş başlığında əlavə olaraq 18 ədəd daha kiçik partlayıcı da yerləşdirilib. Bunun nəticəsində silahın zirehdəlici xüsusiyyət qazandığı və 360 dərəcəlik partlayış effekti yaratdığı bildirilib.
Bütün bu elementlərin cəmlənməsi nəticəsində Şahed-131 dronunun döyüş başlığının elektrik stansiyaları, ötürücü xətlər, transfarmatorlar və digər infrastruktur obyektlərinə zərbə endirmək imkanı maksimum səviyyəyə çatdırılıb.