Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2023 18:05
Dünya pop səhnəsinin ulduzu, Britni Spirsin yaxınları, eləcə də pərəstişkarları onun sağlamlıq vəziyyətindən narahatdırlar.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, Britni psixoaktiv maddələrdən edir, həddən artıq istifadə edir. Bu səbəbdən artıq vəziyyəti həkimlərin nəzarətindən kənardır və ona təyin olunan preparatları qəbul etmir.
"Onun ölə biləcəyindən qorxuruq", - deyə, Britninin yaxınları qeyd edir.
Həmçinin bildirilib ki, rahat müalicə alması üçün qohumları ona 2 aylıq ev də kirayələyib.
Müğənninin cənubi azərbaycanlı əri Sem Əsgəri, həmçinin həkimlər onun yanında olsalar da, valideynləri dəstəkdən kənardadır.
Qeyd edək ki, Britni Spirsin vəziyyəti uzun müddətdir ki, pərəstişkarlarının narahatlığına səbəb olub. O, Nyu-York restoranların birində qəribə davranışı ilə kameraların obyektivinə tuş gələrək, insanların müzakirə predmetinə çevrilib.
Sözügedən kadrlarda Spirs işçilərlə kobud davranır və öz-özünə danışır. Lakin sonradan məlum olub ki, bu sənətçinin yeni klipdəki obrazlarından biridir.
Bundan sonra müğənni "Instagram" profilini silmək qərarı ilə fanatlarını təşvişə salıb.