Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naməlum nömrədən SMS gələrsə, bunları etməyin

Naməlum nömrədən SMS gələrsə, bunları etməyin

Tarix: 11 Fevral 2023 20:36

Bəlkə də hər birimizin mobil telefonuna azı bir dəfə də olsun anonim nömrədən mesaj gəlir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu spam və ya səhvən yanlış nömrəyə göndərilən SMS ola bilər.

Təəssüf ki, həmin vaxt bir çox smartfon sahibləri ciddi səhvlərə yola verir. Belə ki, onlar SMS-lə göndərilən liklərə daxil olurlar.

Mütəxəssislər mobil telefonlara naməlum nömrədən gələn linklərə daxil olmamağı məsləhət görür. Bu zaman fırıldaqçılar tərəfindən şəxsi məlumatlarınız oğurlana bilər.

Göndərilən bağlantının aktivləşdirilməsinin digər bir təhlükəli nəticəsi isə smartfonda zərərli proqramların yüklənməsi ola bilər.

Qısacası cihazın sahibi mesaja məhəl qoymamalı və ya mətndə göstərilən göstərişləri yerinə yetirməməlidir.

Milli.Az


Etiketlər:  Naməlum nömrədən gələrsə bunları etməyin


RƏYLƏR