Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ana qızını 20 il qapalı yerdə saxladı - ŞOK SƏBƏB - FOTO

Ana qızını 20 il qapalı yerdə saxladı - ŞOK SƏBƏB - FOTO

Tarix: 11 Fevral 2023 20:42

Braziliyada 39 yaşlı qadın qızını təxminən 20 ilə yaxın qapalı yerdə saxlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, hadisə Baixada Maranhense bölgəsindəki Viana şəhərində baş verib. Polis rəisi Karlos Albertonun sözlərinə görə, ac-susuz qalan qız əl və qolları bağlı vəziyyətdə tapılıb.

Sərxoş ana polis tərəfindən saxlanılıb. Müalicə zamanı onun psixoloji problemləri olduğu ortaya çıxıb. Belə ki, qadın gənclik illərində iki övladını itirib. Bununla da onda psixoloji pozğunluq başlayıb. Ana bu övladını da itirməkdən qorxduğu üçün onu illərlə bağlı otaqda, qismən ac və susuz şəkildə saxlayıb.

Maraqlısı odur ki, uzun illərdir davam edən ağrılı hadisədən qəsəbənin yerli sakinləri xəbərdar olub. Amma heç biri polisə məlumat verməyib.

Polis sakinlər barəsində də araşdırma başladıb.


Etiketlər:  qızını qapalı yerdə saxladı ŞOK SƏBƏB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ