Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Türkiyədəki dəhşətli zəlzələ qurbanları üçün hərəkətə keçdi - 3 aylıq viza verəcək

Almaniya Türkiyədəki dəhşətli zəlzələ qurbanları üçün hərəkətə keçdi - 3 aylıq viza verəcək

Tarix: 12 Fevral 2023 21:39

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Almaniyada Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkənləri müvəqqəti yerləşdirmək üçün bir iş qrupu yaratdıqlarını açıqlayıb.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə Almaniyanın Daxili İşlər Naziri Nensi Faeser danışıb.

"Almaniyadakı türk və ya suriyalı ailələrin bürokratik olmayan bir şəkildə fəlakət bölgəsindəki qohumlarını yanlarınd gətirmələrini, sığınacaq və müalicə etmələrini təmin etmək istəyirik. Vizalar tez bir zamanda veriləcək və 3 ay üçün etibarlı olacaq",- deyə Nensi Faeser bildirib.

Almaniya Daxili İşlər Nazirliyi ilə ortaq bir plan həyata keçirdiklərini ifadə edən Annalena Baerbok isə bunları deyib: "Almaniya hökuməti olaraq Almaniyadakı ailələrin zəlzələdən zərər çəkmiş, evsiz qalan və müalicəyə ehtiyacı olan yaxınlarını müvəqqəti olaraq yanlarına gətirmələrinə kömək etmək istəyirik. Bunun üçün işçi qrupu yaradılıb, prosesi mümkün qədər tez həll etməyə çalışacağıq".


Etiketlər:  Almaniya Türkiyədəki dəhşətli zəlzələ qurbanları üçün hərəkətə keçdi aylıq viza verəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ