Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xilasedicilərimiz 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxarıb - VİDEO - FOTO

Xilasedicilərimiz 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxarıb - VİDEO - FOTO

Tarix: 17 Fevral 2023 09:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə Milli.Az-a FHN-dən bildirilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Milli.Az


Etiketlər:  Xilasedicilərimiz nəfəri sağ nəfərin isə cəsədini çıxarıb VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ