Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2023 22:06
İranın əyalət mollası Türkiyədə zəlzələdən zərər çəkənləri İsrailin göndərdiyi yardımlardan imtina etməyə çağırıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.
Bildirilib ki, İran rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi Seyid Həsən Amoli bu gün cümə namazı xütbəsində deyib:
"İsrailin zəlzələ ilə bağlı Türkiyəyə yardım adı ilə gətirdiyi hər şey oğurluqdur. Türkiyə xalqı o yardıma əl vurmasın və ondan imtina etsin!"
O iddia edib ki, İsrail İranın qonşuluğunda 5 min baş camış ferması açmaq qərarına gəlib. Bu yardımdan qan qoxusu gəlir.