Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 22:46
Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və İranın xarici işlər nazir Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter" hesabında bildirib.
"Mən İranın hərəkətləri ilə bağlı Aİ-nin mövqeyini bir daha diqqətə çatdırdım: insan haqlarının pozulmasını dayandırın, Rusiyanın təcavüzkar müharibəsinə dəstəyinizi dayandırın və Aİ ölkələri vətəndaşlarının qeyri-qanuni saxlanılmasını dayandırın", - Borrel vurğulayıb.
Aİ rəsmisi telefon danışığı zamanı İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının vacibliyini də qeyd edib.