Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2023 23:58
Slovakiya Hərbi Hava Qüvvələrinin istifadəsindən çıxarılan MiQ-29 qırıcıları respublikanın Milli Şurasında (parlamentdə - red.) belə bir imkanın ilkin müzakirəsi aparılmadan Ukraynaya verilməyəcək.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bunu Slovakiyanın müdafiə naziri Yaroslav Nad TAZ telekanalının "Siyasətdə" müzakirə proqramında bildirib.
"Əgər biz MiQ-lərin Ukraynaya və hansı şərtlərlə verilməsi barədə qərar qəbul etməkdən danışırıqsa, onda bunu ilk növbədə parlamentdə müzakirə edəcəyik", - Nad deyib.
O qeyd edib ki, bu məsələ aktual olanda ali qanunverici orqana təqdim ediləcək.
Nazir qeyd edib ki, MiQ-29-ların mümkün transferi Slovakiyanın müdafiə qabiliyyətini zəiflətməyəcək. Bu qırıcılar birdəfəlik milli hərbi hava qüvvələrinin tərkibindən çıxarılır. Onların yarıdan çoxu, Ukraynaya ianə edildiyi təqdirdə, respublika Avropa İttifaqı tərəfindən kompensasiya edilir.